Şöbələrin hesabatları institutun Elmi Şurası tərəfindən yüksək dəyərəndirilib.
İclasda iştirak edən AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov institutun altı aylıq fəaliyyət hesabatına münasibət bildirərək qeyd edib ki, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyətində müsbət dinamika qorunub saxlanılır. O vurğulayıb ki, təqdim olunan hesabatdan da göründüyü kimi, institutda son altı ay ərzində həm elmi-tədqiqat, həm də təşkilati fəaliyyət istiqamətlərində sistemli və məqsədyönlü işlər həyata keçirilib, mühüm nəticələr əldə olunub.
C.Məmmədov əldə olunan nailiyyətləri institut rəhbərliyinin və kollektivinin peşəkar fəaliyyətinin, qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətli yanaşmasının göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, görülən işlər institutun ümumi inkişafına və elmi potensialının daha da güclənməsinə xidmət edir. Sonda görülən işləri müsbət qiymətləndirən natiq institutun rəhbərliyinə və əməkdaşlarına gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb, hesabatı qənaətbəxş hesab etdiyini bildirib.
Şərqşünaslıq İnstitutunun 2026-cı ilin birinci yarısında fəaliyyətini ümumi yekunlaşdıraraq qeyd etmək olar ki, institut əməkdaşları səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar aparıblar.
Ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası istiqamətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar “Türk xalqlarının inteqrasiyasında Birinci Türkoloji Qurultayın rolu” adlı respublika elmi konfransını və Səməd Vurğunun 120 illiyi ilə bağlı “Ana dilli şeirimizin zirvəsi – Səməd Vurğun” adlı elmi sessiyanın keçirildiyi, sentyabr ayında isə Əcəmi Naxçıvaninin və Xaqani Şirvaninin 900 illik yubileyləri ilə bağlı, müvafiq olaraq, “Türk-islam memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvani” və “Xaqani Şirvani – 900. “Söz mülkünün Xaqani” adlı respublika konfranslarının keçirilməsinin nəzərdə tutulduğu qeyd etmək olar.
Hesabat dövrü ərzində institutun strateji elmi prioritetləri çərçivəsində 6 problem istiqamətində həyata keçirilən 109 elmi-tədqiqat işi üzrə araşdırmalar aparılıb, bu işlərin 34-ü cari ilin sonunda, digərləri isə növbəti illərdə yekunlaşacaq.
İnstitutun elmi tədqiqat planı çərçivəsində bu il yekunlaşacaq mövzular sırasında “Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələri” problemi çərçivəsində “Türkiyə və Avropa Birliyi əlaqələrinin müasir vəziyyəti”, “Azərbaycanın Şərq ölkələri ilə ticarət əlaqələri (XVI əsrin II yarısı və XVII əsrin I yarısı)”, “I Herat müharibəsində İranın iştirakı (1838-1841-ci illər)”, “Güney Azərbaycan məsələsi Azərbaycan siyasi mühacirətində”, “XX əsr Cənubi Koreya və ABŞ münasibətləri: təhlükəsizlik ittifaqı və yeni çağırışlar”, “Çinin Sincan vilayətində İpək yolu və mədəni mübadilədə rolu”, “Mərkəzi Asiyada ərəb azlıqlarının dini-mədəni kimliyi”, “Mərkəzi Asiya regionunda Qazaxıstanın geosiyasi rolu və Azərbaycanın strateji maraqları” və s.-ni qeyd etmək olar.
“Şərq filologiyasının, Şərq ölkələri ilə Azərbaycanın filoloji əlaqələrinin tədqiqi” problemi üzrə “Azərbaycanca-farsca danışıq kitabı”, “Azərbaycan ədəbiyyatında təsəvvüfün yeri”, “Güney Azərbaycan uşaq ədəbiyyatında milli kimlik və dil probleminin qoyuluşu”, “Türk-Alman ədəbiyyatında konkret şeirin yaranmasında Yüksəl Pazarkayanın rolu”, “Müasir qırğız bədii nəsrinin inkişaf problemləri (Ç.Aytmatov və Sultan Rayev yaradıcılıqları əsasında)”, “Mustafa Necati Sepetçioğlunun həyat və yaradıcılığı”, “Ərəb leksikoqrafiyasının inkişafının əsas mərhələləri və orta əsr Azərbaycan alimlərinin bu prosesdə rolu”, “Orta əsr ərəb elminin inkişafında Qudəmə bin Cəfərin rolu” adlı və s. elmi tədqiqat işləri ilin sonunda tamamlanacaq.
“Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri” problemi üzrə “XV əsr türk şairi Güvahinin “Pəndnamə” adlı əsərinin transliterasiyası”, “Muhyiddin İbn Əl-Ərəbinin “Məcmuəti saati-l-xəbər” (“Xəbər saatının toplusu”) əsərinin “Muqarənət” hissəsinə kimi izahlı tərcüməsi” və s. mövzuda tədqiqatlar tamamlanmaq üzrə olan işlər sırasındadır.
“Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan” problemi üzrə “Azərbaycanda Şərqşünaslıq elminin yaranması və inkişafı tarixi”, “XIX əsrdə Azərbaycanda hüquq sisteminin inkişaf xüsusiyyətləri”, “XIII-XIV əsrlər Azərbaycanda təbiət və dəqiq elmlər tarixi (fars və ərəbdilli mənbələr əsasında)”, “Yaxın və Orta Şərqdə sosiologiya elminin formalaşması və inkişafı”, “Qərbdə Müsəlman şərqini öyrənən elmi mərkəzlərin yaranma tarixi”, “Tarixşünaslıq və rəqəmsal humanitar elmlər kontekstində şərq əlyazmalarının elmi dövriyyəyə qazandırılması problemləri” mövzusunda və s. elmi tədqiqat işlərinin cari ilin birinci yarısı üçün nəzərdə tutulan hissəsi yerinə yetirilib və ilin sonunda bitməsi gözlənilir.
“Şərqşünaslıq elminin rəqəmsal dünyaya inteqrasiyası, işlənməsi, tədqiqi metodlarının araşdırılması və tətbiqi” problemi üzrə “Əlyazma mətnlərinin süni intellektlə işlənməsi, tədqiqi və təhlili metodları (Şəmsəddin Sivasinin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmaları əsasında (Gülşən abad, Miratül əxlaq, Mənazilül arifin))”, “Ərəb müqavimət ədəbiyyatının poeziya seçmələrinin süni intellektlə analizi” adlı tədqiqatlar da bu il tamamlanacaq işlərdəndir.
İnstitutda ilin ötən ayları ərzində 8 kitab çap edilib, 21 kitab çapdadır. Çap olunanlar arasında coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasovun Azərbaycan və çin dillərində “Heydər Əliyev və Çin. Prezident salnaməsi”, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin ingilis dilində “Shamakhi. March-Yuly 1918. A Documentary History of the Azerbaijani Massacres”. (Şamaxı. Mart-İyul 1918. Azərbaycan qırğınlarının sənədli tarixi.), filologiya elmləri doktoru, professor Mehdi Kazımovun rus dilində “Бадр Ширвани: сквозь призму творчества” (Bədr Şirvani: yaradıcılıq prizmasından), tarix üzrə fəlsəfə doktoru, dosent Əmmar Abbasovun “Quran qissələrinin tərbiyəvi rolu” kitablarını, Samid Bağırov və mərhum Cabir İskəndərlinin “Məhəmməd peyğəmbərin məktublar toplusu”nu, eləcə də “Mərkəzi Asiya Ölkələri: perspektivlər, çağırışlar və reallıq” adlı məqalələr toplusunu, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının və “Şərq filologiyası məsələləri” məqalələr toplusunun növbəti saylarını qeyd etmək olar.
Hesabat dövründə institut əməkdaşlarının ölkə daxilində 77 məqalə, 53 tezisi, xaricdə isə 57 məqalə və 17 tezisi çap olunub. 2026-ci ilin birinci yarısı üzrə nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indekslənən elmi jurnallarda çap olunan məqalələrin sayı 7-dir.
Əməkdaşlar ölkədə keçirilən 48 respublika və 76 beynəlxalq səviyyəli elmi konfranslarda iştirak ediblər. İnstitutun 30 əməkdaşı isə xaricdə (Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Portuqaliya, İraq, Fransa, Qırğızıstan) keçirilən beynəlxalq konfranslarda əyani və onlayn iştirak ediblər.
Yuxarıda qeyd edilən tədbirlərdən savayı institutda “Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans, “Heydər Əliyev və Şərq”, “Milli ruhun təntənəsi - Məhəmmədhüseyn Şəhriyar” mövzularında elmi konfranslar, “Bir kərə yüksələn bayraq bir daha enməz”, “Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslıq elminin banilərindən biri kimi”, “Böyükağa Hüseynov Azərbaycan Şərqşünaslıq məktəbinin görkəmli nümayəndəsi kimi” mövzularında elmi sessiyalar, “Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi. Təşəkkülü, fəaliyyəti, taleyi”, “Qədim Misir, Şumer və türk xalqlarının ədəbiyyatında əbədi həyat konsepsiyası” mövzularında elmi seminarlar və digər tədbirlər keçirilib.
Cari ildə institutun beynəlxalq əlaqələri sırasında Daşkənd İqtisadi və Pedaqoji Universitetinin prorektoru filologiya elmləri doktoru, professor Marufjon Yuldaşevla görüşü, Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” kitabının İraqın paytaxtı Bağdadda Müstənsəriyyə Universitetində təqdimatını, Türkiyənin Yıldız Universitetinin professoru Süleyman Doğanın Şərqşünaslıq İnstitutunda “Məsnəvidə pedaqoji nəsihətlər” mövzusunda mühazirəsini, Polşanın Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımovanın AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşünü, türkiyəli tarixçi alim, Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun müavini professor İbrahim Ethem Atnurun Şərqşünaslıq İnstitutunun rəhbərliyi və alimləri ilə görüşlərini, Şərqşünaslıq İnstitutu ilə Əlcəzairin Konstantin Universiteti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsinin imzalanmasını, Almaniya Türk Yazıçılar Birliyinin sədri, Türk dünyası uşaq ədəbiyyatı yazarı Yücəl Feyzioğlu ilə görüşü qeyd etmək olar.
Ötən dövrdə elektron elmin təşkili, mütəxəssislərin Vikipediya Virtual Ensiklopediyasındakı fəaliyyəti, institutun rəsmi saytının və sosial şəbəkə hesablarının idarə olunması, əməkdaşların elmmetrik bazalardakı fəaliyyəti, Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya Şurasının fəaliyyəti, eləcə də institutun Elmi Şurasının elmi-təşkilati fəaliyyəti yüksək səviyyədə olub.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda sistemli və məqsədyönlü işlər həyata keçirilir
İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2026-cı ilin birinci yarısında elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasa AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva sədrlik edib. İclasda institutun elmi şöbələrinin müdirləri çıxış edərək, şöbələrində 2026-cı ilin birinci yarısında görülən işlər barədə məlumat veriblər.
