Müqavilənin məqsədi şərqşünaslıq, tarix, dilçilik, maddi-mədəni irs, islamşünaslıq və əlaqəli sahələrdə akademik mübadilənin və əməkdaşlığın təşviq edilməsi, tədqiqatçılar, tələbələr arasında akademik və elmi mübadilənin təşviq edilməsi, birgə tədqiqat fəaliyyətləri və qarşılıqlı maraq doğuran akademik nəşrlərin dəstəklənməsi, əməkdaşların peşəkar inkişafının və qabiliyyətinin artırılması, hər iki institut arasında mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsidir.
Tərəflər müqavilə çərçivəsində tarix, mədəniyyətlər, linqvistika, filologiya, islamşünaslıq, müqayisəli dinşünaslıq, mədəniyyət və irsşünaslıq sahələrində əməkdaşlıq edəcəklər.
Tərəflər tədqiqatçılar arasında tədris, mühazirə və ya tədqiqat məqsədləri ilə mübadilə aparacaq, müəyyən edilmiş akademik proqramlar çərçivəsində doktorant və dissertantların mübadiləsini həyata keçirəcək, birgə konfranslar, seminarlar, işgüzar görüşlər və akademik tədbirləri təşkil edəcək, birgə tədqiqat layihələri hazırlayacaq, birgə hazırlanmış nəşrləri dəstəkləyəcək, akademik sənədlərin, elmi materialların mübadiləsini aparacaq,
Bu əməkdaşlıq Konstantin Universiteti üçün Şərq və regional tədqiqatlar sahəsində ixtisaslaşmış mütəxəssislərə çıxış, müəllim və tələbələr üçün beynəlxalq akademik mühitlərdə iştirak imkanı, müqayisəli metodologiyalarla tanışlıq nəticəsində akademik proqramların inkişafına imkan yaradacaq. Şərqşünaslıq İnstitutunun əməkdaşları isə Şimali Afrika üzrə akademik ekspertizaya və tədqiqat perspektivlərinə çıxış əldə edəcək, əlcəzairli həmkarları ilə müvafiq elmi sahələrdə əməkdaşlıq edəcəklər.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA Şərqşünaslıq İnstitutu ilə Əlcəzairin Konstantin Universiteti arasında müqavilə imzalanıb
Aprelin 8-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Əlcəzairin Konstantin Universiteti arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi imzalanıb.
Sənədi AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Əlcəzairin Konstantin Universitetinin rektoru Yusif Laxdar Hamina imzalayıblar.
