Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına seçkilər keçirilib

02 Mart 2026

Fevralın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına yeni seçkilər keçirilib.

Toplantını aparan institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Şərqşünaslıq İnstitutunun gənc əməkdaşlarının öz elmi fəaliyyətləri, elmi uğurları, eləcə də ictimai fəallığı ilə seçildiyini bildirərək, bu uğurların əldə olunmasında institutun direktoru akademik Gövhər Baxşəliyevanın gənclərə göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edib. O, həmçinin institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin bu vəzifədə fəaliyyəti və öz şəxsi nümunəsi ilə də gənclərə yol göstərdiyini deyib.  



Şərqşünaslıq İnstitutunun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev çıxış edərək Gənc Alim və Mütəxəssislər Şurasına rəhbərlik etdiyi 5 ildə görülən işlərdən danışıb və institutun gənc alimlərinin bu illərdəki fəaliyyətini yüksək dəyərləndirib.

İcstitutun gənc alimlərinin iştirakı ilə Gənc Alim və Mütəxəssislər Şurasına yeni rəhbərlik seçilib. İnstitutun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Nazim Mənsimov Şuraya sədr, həmin şöbənin əməkdaşı Sənan Qasımov sədr müavini seçiliblər.

N.Mənsimov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib və institutun gənc alimlərinin gələcək fəaliyyətinin də uğurlu olmasına Şuranın daim dəstək göstərəcəyini deyib.

 

Download Template Joomla 3.0 free theme.