Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
“TÜRK XALQLARININ İNTEQRASİYASINDA I TÜRKOLOJİ QURULTAYIN ROLU” Respublika elmi konfransı
XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən
biri kimi tarixə düşmüş, o cümlədən türk xalqlarının mədəni inteqrasiyasında yeni
mərhələnin təməlini qoymuş I Türkoloji Qurultay 1926-cı ilin 26 fevral – 6 mart
tarixlərində Bakı şəhərində keçirilmişdir.
Türk xalqlarının elmi-mədəni inkişafında mühüm mərhələ hesab olunan I Türkoloji
Qurultayın tarixi əhəmiyyəti çox böyükdür. Belə ki, bu Qurultay sayəsində türk
xalqları arasında elmi birliyin əsası qoyulmuşdur.İlk dəfə olaraq keçmiş Sovet
İttifaqının müxtəlif bölgələrində, ucsuz-bucaqsız və geniş bir coğrafi məkanda
yaşayan müxtəlif türk xalqlarından 131 nümayəndə bir araya gələrək ortaq dil,
tarix və mədəniyyət problemlərini birlikdə müzakirə etmişlər. Doqquz gün
davam edən qurultayda türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə,
etnogenezinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə
dinlənilmişdir.
Qurultayın ən mühüm nəticələrindən biri ərəb əlifbasından latın qrafikalı
yeni əlifbaya keçidin elmi-metodik prinsiplərinin işlənib hazırlanması haqqında
qərarın qəbul olunması olmuşdur.Türk respublikaları arasında yeni əlifbanın ilk
kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılmışdır. Belə ki, bu hadisə hələ XIX
əsrdə ölkəmizdə mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları
ardıcıl mübarizədən xəbər verir.
Bundan başqa qurultaymilli şüurun formalaşmasına təsir göstərmiş,türk
xalqlarının ortaq kökə, dilə və mədəniyyətə malik olduqlarını elmi şəkildə ortaya
qoymuş, türkologiyanın müstəqil elm sahəsi kimi inkişafına,türk dillərinin
sistemli və elmi əsaslarla tədqiqinin aparılmasına imkan yaratmışdır. Beləliklə,
I Türkoloji Qurultay türk xalqlarının mədəni, elmi və maarifçilik tarixində dönüş
nöqtəsi olmuşdur.
I Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verilmiş, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin I Türkoloji Qurultayın 100
illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən 28-29 yanvar
2026-cı il tarixlərində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda
“Türk xalqlarının inteqrasiyasında I Türkoloji qurultayın rolu” adlı
Respublika elmi konfransı təşkil olunacaqdır.
Bu məqsədlə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Respublika elmi konfransına tezislərin qəbulunu elan edir.
Konfransın işçi dili Azərbaycan dilidir.
Məruzə tezislərinin mətni 250-500 sözdən ibarət olmaqla Microsoft Word
redaktorunda “Times New Roman” şrifti ilə -14, sətirlərarası interval 1,5 olmaqla
yazılmalıdır. Tezislər konfransın aşağıdakı elektron ünvanına göndərilməlidir:
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
TEZİS QƏBULU ÜÇÜN SON TARİX: 10 YANVAR 2026-CI İL
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq
Əlaqə telefonu: +994 55 392 96 41
