Şurasnın sədri AMEA-nın vitse-prezidnti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın sədriliyi ilə keçən iclasda İddiaçı - Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin kiçik elmi işçisi Arzu Tofiq qızı Dadaşova “XX əsr türk tarixi romanlarında milli-mənəvi dəyərlər: ənənə və müasirlik (1950-1980-ci illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
İddiaçının elmi rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu, rəsmi opponentlər filologiya elmləri doktoru, rofessor Əsgər Rəsulov, filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimova olub.