Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“MÜASİR ŞƏRQŞÜNASLIĞIN AKTUAL PROBLEMLƏRİ” (ZİYA BÜNYADOV QİRAƏTLƏRİ) ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

17 Oktyabr 2017

Oktyabrın 16-da AMEA-nın Əsas binasında bu qurumun Rəyasət Heyəti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuMilli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra konfrans iştirakçıları akademik Ziya Bünyadovun məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə güllər qoyublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək konfransın Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsinə həsr olunduğunu bildirib. İ.Həbibbəyli alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsindəki fəaliyyətindən, onun respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasındakı xidmətlərindən bəhs edib.

Z.Bünyadovun özünəməxsus elmi məktəb yaratdığını söyləyən İ.Həbibbəyli alimin "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)", "Azərbaycan VII-IX əsrlərdə", "Xarəzmşahlar-Anuştəkinilər dövləti" və digər əsərlərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, akademik Z.Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri 1980-ci ildə elm və texnika sahəsində Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Görkəmli alim akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, Z.Bünyadov orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb. Onun şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai həyatı və mədəniyyət tarixi tədqiq edilib. G.Baxşəliyeva alimin əsərlərinin ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslandığını, onun araşdırdığı mövzuların daim aktuallığı ilə fərqləndiyini diqqətə çatdırıb.

Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Rusiya Elmlər Akademiyasının (REA) A.M.Qorkiy adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin, REA-nın Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İrina Popova, Türkiyənin Nəcməddin Ərbakan Universitetinin professoru Əhməd Taşğın və başqaları çıxış edərək Z.Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndiriblər.

Tədbir çərçivəsində, həmçinin Şərqşünaslıq İnstitutu ilə Gürcüstanın İLİAUniversiteti Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyası-nın Şərq Əlyazmaları və Dünya Ədəbiyyatı institutları arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.

Beynəlxalq konfrans iki gün davam edib.

 

 

 

 

Download Template Joomla 3.0 free theme.