Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elnur Mustafayev “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda məruzə edib

17 İyun 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev iyunun 16-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurası­nın iclasında “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda məruzə ilə çıxış edib.

 

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə, onun ictimai-siyasi və mənəvi həyatına misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyət kimi daxil olub. Vurğulayıb ki, dəyərlər problemi fəlsəfə, sosiologiya, həm də psixologiyanın tədqiqat obyektinə daxildir. Bu kontekstdə ictimai elmlərlə əlaqəli müzakirələrdə dəyər mövzusu xüsusi əhəmiyyət kəsb edir. Qloballaşan dünyada mənəvi dəyərlərin deqradasiyası, tarixin süzgəcindən keçərək təşəkkül tapmış milli-mənəvi düşüncə sisteminin qeyri-ənənəvi mühit üçün “hazır” vəziyyətə gətirilməsi, yad düşüncə və həyat tərzinin doğmalıq kəsb etməsi heç kəsdə şübhə doğurmur, əksinə, ziyalıları, elm adamlarını düşündürür və narahat edir. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənə­lərinin zənginləşdirilməsinə çalışıb.

Məruzəçi həmçinin diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Onun sözlərinə görə, məhz o dövrdə əsası qoyulan və bu gün uğurla həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə 2166 məscid, 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkədə 945 dini icma qeydiyyatdan keçib: “Bütün bu uğurlara Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq ölkəmizdə dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi, bütün dinlərin fəaliyyətinə sərbəst şərait yaradılması və bu sahəyə böyük diqqət və qayğı göstərilməsi nəticəsində nail olunub”.

Sonra mövzuya dair müzakirələr aparılıb.

Download Template Joomla 3.0 free theme.