Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşı Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib

31 May 2023

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyənin paytaxtı Ankarada keçirilən VII Biltek Beynəlxalq Elmi Tədqiqatlar və Mövcud İnkişaflar Konfransında iştirak edib.

 

Şərqşünas alim konfransda “Real tarixi hadisələrə əsaslanan qətliamların bədii ədəbiyyat vasitəsilə dünya ictimaiyyətinə çatdırılması” mövzusunda məruzə ilə çıxış edib.Ermənistan tərəfindən yaxın keçmişimizdə törədilən, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında ən ağırı sayılanXocalı soyqırımını da xatırladan məruzəçi vurğulayıb ki, bu kimi tarixi hadisələrin unudulmaması, məzlumların haqq səsinin geniş ictimaiyyətə, dünya birliyinə çatdırılmasında doğru vasitələrdən biri də ədəbiyyatdır.

Rusiya, Gürcüstan, Rumınya, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, İndoneziya və digər ölkələrdən çox sayda elm adamlarının iştirakı ilə keçirilən konfransda müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə həsr olunmuş məruzə maraqla qarşılanıb.

Download Template Joomla 3.0 free theme.