Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər beynəlxalq konfransda məruzə ediblər

26 May 2023

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi katibi Səbinə Səmədova, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Kiyevdə M.P.Draqomanov adına Pedaqoji Universitetin təşkilatçılığı ilə keçirilən şərqşünas alim Volf Beylisin xatirəsinə həsr olunmuş “Avropa və Şərq” adlı beynəlxalq konfransda onlayn iştirak ediblər.

 

Konfransda S.Səmədova “X-XI yüzilliklərdə Bağdad ədəbi mühitində yeniliklər”, F.Əsədov “V.Beylis və Azərbaycan şərqşünasları: İllər boyu dostluq və əməkdaşlıq”, G.Qafqazlı isə “XIX əsrin əvvəllərində Çar Rusiyasının Azərbaycanda dini siyasəti” mövzularında məruzə ediblər.

 

 

 

Download Template Joomla 3.0 free theme.