Şərqşünas alim onlayn qoşulduğu konfransda “Uşaqlara bağışlanan ömür və ya “böyük kədərini böyük işlərlə əvəzləyən Turan Mirhadi” mövzusunda məruzə ilə çıxış edib. O, ömrünün 60 ildən çoxunu uşaq və gənclərin inkişafına həsr edən Cənubi Azərbaycan əsilli uşaq ədəbiyyatı professoru, təhsil eksperti, “Fərhad” tədris-təcrübə kompleksinin təsisçisi, Uşaq Kitab Şurasının, “Uşaq və yeniyetmələr ensiklopediyası”nın yaradıcılarından biri olan Turan Mirhadinin həyat və yaradıcılığından geniş söz açıb. Məruzəçi tədqiqat obyektinə çevirdiyi qəhrəmanının bədii irsi, çoxşaxəli fəaliyyəti ilə yanaşı çətinliklər, itkilərlə müşayiət olunan ömür hekayəsinin də insanlar üçün əsl həyat dərsi olmasını diqqətə çatdırıb. Turan Mirhadinin elmi fəaliyyətinin həyat hadisələri, şəxsi keyfiyyətlər fonunda təqdimi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
