Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNA KİTABLAR HƏDİYYƏ EDİLDİ

20 Sentyabr 2017

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi doktor Səid əl-Qidəm sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səid əl-Qidəm Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

 

G.Baxşəliyeva İnstitutda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açıb.

Səid əl-Qidəm bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Daha sonra o, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv fondu tərəfindən hədiyyə edilən və ölkəsinin mədəni həyatından bəhs edən kitabları Şərqşünaslıq İnstitutuna təqdim edib.

Kitablara görə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva onların İnstitutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün çox faydalı olacağını deyib

Download Template Joomla 3.0 free theme.