Ədəbiyyatın tərkib hissəsi sayılan uşaq ədəbiyyatının spesifik və fərqli cəhətləri haqqında geniş məlumatın da yer aldığı məruzədə uşaq oxucularının yaş kriteriyaları ilə əlaqədar diqqətdə saxlanılmalı olan məqamlar incələnib, bu məqamların uşaqların bədii-estetik zövqünün formalaşmasındakı müstəsna əhəmiyyəti dinləyicilərin nəzərinə çatdırılıb. Pedaqoji təlimin tələblərinə əsasən dil-üslub, ideya-tematik yanaşmadakı nüansların uşaqlara yönəlik yaradıcılıq nümunələrindən seçilmiş sitatlarla təqdim olunduğu məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
