Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər Tunisdə keçirilən konfransda iştirak ediblər

13 Mart 2023

  Martın 10-11-də Tunisdə 3-cü “7 qitədə Osmanlı türk çalışmaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Manouba Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlari - tarix üzrə fəlsəfə doktorları Zülfiyə Vəliyeva və Yaxşıxanım Nəsirova onlayn şəkildə iştirak ediblər.



Z.Vəliyeva konfransda “XVIII əsrin əvvəllərində Gəncə fəthində iştirak edən Osmanlı ordusu - Gəncə-Qarabağ əyalətinin timar ruznamə dəftəri əsasında”, Y.Nəsirova isə “Azərbaycanda Osmanlı təhrir dəftərləri ilə bağlı çalışmalar” mövzusunda məruzə ediblər.

Download Template Joomla 3.0 free theme.