Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

“Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq konfrans bölmələrdə davam edib

07 Mart 2023

Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda öz işinə başlayan görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans açılışdan sonra 7 bölmədə davam edib.


Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin qatıldığı konfransda
“Sələf və xələfləri kontekstində hürufi şeyx qadınlar”, “İsmayil Qaspıralı yaradıcılığında qadın mövzusu”, “Türk ədəbiyyatında ilk qadın roman müəllifi”, “Müasirlik: elm və qadın”, “Elm və təhsildə Azərbaycan qadınlarının rolu”, “Azərbaycanın ilk qadın oriyentalist alimi Aida İmanquliyeva”, “Azərbaycan qadınlarının teatr səhnəsində iştirakı məsələsinə dair (XIX əsrin sonu-XX əsrin əvvəlləri)”, “Azərbaycanın fədakar qadınları”, “Qadın Şərq və Qərb qovşağında”, “Ərəb Şərqində gender bərabərsizliyindən doğan problemlər” və s. mövzularda maraqlı məruzələr dinlənilib.

 Konfransa martın 7-də yekun vurulacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.