Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 Fevral 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ilk olaraq ərəb məhcər ədibi, anadan olmasının 140 illiyi qeyd edilən Əmin ər-Reyhaniyə həsr olunmuş yazılar dərc edilib.

05 Fevral 2018

2018-ci il fevral ayının 2-də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Vadim Muxanovun “Qafqaz inqilab dövründə. 1917-ci il – 1918-ci ilin birinci yarısı Zaqafqaziya tarixinə dair” kitabı əsasında “1918-ci il  Şamxor faciələri. İlkin şərtləri, gedişi və nəticələri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə  MDBƏİ-nun əməkadaşlarından başqa Moskvanın digər elmi və təhil müəssisələrinin  nümayəndələri, həmçinin Moskvada yaşayan azərbaycanlı tarixçi alimlər iştirak edib. AMEA akad.  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi seminarda MDBƏİ-nun Qafqaz problemləri və regional təhlikəizlik Mərkəzinin böyük elmi işçisi  Vadim Muxanovun əsas elmi opponenti kimi çıxış edib.

01 Fevral 2018

 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Avropanın mötəbər elmi təşkilatı olan “Ümumi tarix və dünya tarixi üzrə Avropa şəbəkəsi”nin İdarə Komitəsinin üzvü seçilib. Bu barədə təşkilatın məsul nümayəndəsi Dr. Katia Naumann xəbər verib.

24 Yanvar 2018

Azərbaycan Respublikası Milli Məclisinin deputatları - AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təmsil olunduqları nümayəndə heyəti yanvarın 13-17-də Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ)  illik tədbirlərində və XIII sessiyasında iştirak etmişdir.

Download Template Joomla 3.0 free theme.