Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

28 Mart 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində əhəmiyyətli işlər görülür. İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu var. Bütün bunları toplum şəklində ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncamı ilə əlaqədar martın 28-də Şərqşünaslıq İnstitutunda son illərdə soyqırımla bağlı nəşr edilmiş kitabların təqdimatı keçirildi. Tədbirdə Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Türkiyə, Fransa, İran və Rusiyadan  alimlər iştirak edirdi.

26 Mart 2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncamı ilə əlaqədar martın 28-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda son illərdə soyqırımla bağlı nəşr edilmiş kitabların təqdimatı keçiriləcək.

07 Mart 2018

Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi martın 7-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldular. Nümayəndə heyətinə Mərkəzin sədri dr. Seyyid Haşimi Musəvi, sədr müavini dr. Reza Əlizadə, tarix şöbəsinin müdiri dr. Abbas Pənahi və Gilan Vilayətinin Mədəniyyət İdarəsinin rəhbəri dr. Kazım Fəllahi daxil idi.

Gilanlı alimlər ilk olaraq millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdülər. Qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verən G.Baxşəliyeva iki müəssisə arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd etdi.

23 Fevral 2018

Fevralın 23-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi.

Download Template Joomla 3.0 free theme.