xəbərlər

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ŞÜKRÜ HALUK AKALINLA  GÖRÜŞ OLUB ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ŞÜKRÜ HALUK AKALINLA GÖRÜŞ OLUB Mayın 25-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkiyəli tanınmış alim, Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib. Görüşdə qonağı Şərqşünaslıq İnstitutunun əməkdaşlarına təqdim edən İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Şükrü Haluk Akalının əvvəllər uzun müddət Türk Dil Qurumunun sədri olduğunu xatırlatdı.
MİSİR SƏFİRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUB MİSİR SƏFİRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUB Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahim mayın 16-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.
AMEA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU İLƏ BATUMİ DÖVLƏT UNİVERSİTETİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB AMEA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU İLƏ BATUMİ DÖVLƏT UNİVERSİTETİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumda tərəflər arasında elm və təhsil sahələrində əməkdaslığın inkisafı, təcrübə və qaynaqların mübadiləsi, birgə elmi proqramların, araşdırmaların həyata keçirilməsi nəzərdə tutulur.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB Mayın 7-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə açan millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm».
E L A N E L A N May ayının 7-də AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcək. Şərqşünaslıq İnstitutunun zalında (Hüseyn Cavid prospekti 115, 7-ci mərtəbə) keçiriləcək sessiya öz işinə saat 11:00-da başlayacaq.

Yeni Xəbər

Əlaqə

AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Cavid pr. 115

  • Telefon: (994 12) 538-87-55
  • Faks: (994 12) 539-23-51

ictimai Şəbəkə