Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB

01 Mart 2023

Martın 1-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda – 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev martın 1-nin Ümumdünya Mülki Müdafiə Günü olduğunu qeyd edərək, fövqəladə hallarda müvafiq biliklərə malik olmanın əhəmiyyətindən danışıb.

 

 

İnstitutun əməkdaşı Ceyhun Mürşüdzadə iştirakçılara Ümumdünya Mülki Müdafiə Gününün tarixi barədə məlumat verib. İnstitutun əməkdaşı, Vətən Müharibəsi iştirakçısı Pərviz Ağayev müharibə şəraitində təxliyə prosesi haqqında   məlumat verib.

İnstitutun dəhlizində mülki müdafiə əmlakının, radiometrik və dozimetrik nəzarət cihazlarının sərgisi təşkil olunub və əməkdaşlara onların iş prinsipi barəsində məlumat verilib. Mövzu ilə əlaqədar videomateriallar da nümayiş etdirilib.