Print this page

Sübhan Talıblı ADPU-da Xocalı soyqırımına həsr edilmiş tədbirdə

26 Fevral 2023

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin dünyaya tanıtdırdığı faciə: Xocalı soyqırımı” adlı tədbir keçirilib.

 

Əvvəlcə torpaqlarımızınazadlığı və müdafiəsiuğrundacanlarındankeçmiş şəhidlərimizinxatirəsibirdəqiqəliksükutlayadedilib.

Daha sonra Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş videoçarx təqdim edilib.

Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyeva, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Kompleksin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı və başqaları çıxış ediblər.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, o cümlədən Ulu Öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü işlər aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.

Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən müxtəlif bukletlər təqdim edilib.