“Dilçilik” bölməsində Yunus Əmrə divanında ərəb-fars mənşəli sözlərdən bəhs edilən məqalə təqdim edilir.
“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə Çinin ABŞ və İrana münasibətdə siyasi manevrlərindən, Azərbaycan demokrat firqəsinin dövlətçilik siyasətindən, Cənubi Qafqazın əsas qədim tayfalarından biri olan xəzərlərin etnocoğrafi yerləşməsindən, XIX əsrin əvvəllərində Cənubi Qafqazda müsəlman ruhaniliyi tarixindən, Türkiyədə suriyalı qaçqınların qarşılaşdıqları sosial problemlərdən bəhs edilir. Bu bölmədə həmçinin “Avrointeqrasiya beynəlxalq münasibətlər sisteminin obyektiv prosesi kimi”, “Əlcəzair İstiqlal Müharibəsi - müstəmləkəçi Fransa siyasətinin dağılması”, “Müharibə və sülh məsələləri: yeni reallıqlar” adlı məqalələr yer alır.
Jurnalın “Fəlsəfə” bölməsində Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin başlıca istiqamətləri və vəzifələrindən və Həmzə Nigarinin dini-etik görüşlərindən bəhs edən məqalələr təqdim edilir.