Print this page

“Mirzə Kazımbəy-220” beynəlxalq elmi konfransının tezisləri çapdan çıxıb

11 Fevral 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Mirzə Kazımbəy-220” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransa təqdim edilmiş məruzələrin tezisləri çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, topluda Azərbaycan, Misir, Qazaxıstan, Rusiya və Belarusdan 34 alimin məruzəsinin tezisi dərc olunub. İlk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevanın konfransda giriş nitqinin mətni təqdim edilir.

 

Topluda xarici alimlərdən Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Duysen Qalımjanın “Mirzə Məhəmməd Əli Kazımbəy və Şokan Ualixanov: türk dünyasının görkəmli intellektualları”, Sankt-Peterburq Dövlət Universitetinin kafedra müdiri Oleq Redkinin “Mirzə Kazımbəy və SPDU-nun Şərq fakültəsi”, həmin universitetin professoru Olqa Bernikovanın “Dayanıqlı inkişaf perspektivləri baxımından şərqşünaslıq elmi”, Belarus Dövlət Rabitə Akademiyasının əməkdaşı Dmitri Naumovun “Mədəniyyətin mənimsənilməsinin çətinlikləri və riskləri” və Misir Humanitar Araşdırmalar və Elmlər üzrə Dialoq Müəssisəsinin əməkdaşı Əmir Əhməd Camal Əbdülhəkimin “Rusiyada ərəbləşmə məktəbi: rol və nailiyyət” mövzularında tezisləri yer alıb. Həmçinin azərbaycanlı alimlərin də mövzu ilə bağlı məruzəlinin tezisləri topluda yer alıb.