Professor Elman Quliyev konfransda “Əlişir Nəvai və “Xəmsə” ənənəsi” mövzusunda məruzə edib. Məruzədə Əlişir Nəvau ənənələrinin türk ədəbiyyatında yeri və rolu məsələlərindən bəhs edilib. Daha çox Nəvai sənəti “Xəmsə” ənənəsinə bağlılıq kontekstində təhlil obyektinə çevrilmiş, Nəvainin ədəbi irsi ilə Nizami sənəti arasında paralellər aparılıb. Məruzədə Nəvainin “Xəmsə” ənənəsinə qoşulmasının səbəbləri və Nizami yaradıcılığı ilə üst-üstə düşən məqamlar təhlil edilib. Nəticə etibarilə, Nizami sənətinin ədəbi qüdrəti və bədii möhtəşəmliyinin Nəvai yaradıcılığına təsiri məsələləri ədəbiyyatşünaslıq problemləri daxilində öyrənilib.