Print this page

Şərqşünaslıq İnstitutunda magistrantların qış imtahan sessiyası yekunlaşıb

23 Yanvar 2023

Yanvarın 23-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ildə qış imtahan sessiyası yekunlaşıb. Bu gün Ədəbiyyatşünaslıq (Yaxın və Orta Şərq) ixtisaslaşması üzrə I kurs magistrantlar "Müqayisəli ədəbiyyatşünaslıq" fənni üzrə imtahan veriblər. İnstitutun baş direktoru akademik G.B.Baxşəliyevanın rəhbərliyi və Təhsil şöbəsinin müdiri, f.ü.f.d., dosent L.M. Bayramovanın təşkilatçılığı ilə imtahanda fənn müəllimi f.ü.f.d., dosent R.A.Cümşüdlü, nəzarətçi elmi işçi Ə.H.İsmayılova və tələbələr iştirak ediblər.