Print this page

Sübhan Talıblı “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfransda məruzə edib

19 Yanvar 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar keçirilən “20 yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda konfransda iştirak edib.

Konfransda həmçinin Baş İdarənin rəisi Raqif Abbasov, Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və gənclər iştirak ediblər.

 

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib  və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək  20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. Hazırda Ulu Öndərin müəyyən etdiyi siyasi kursun layiqli şəkildə davam etdirilməsindən bəhs edən çıxışçılar müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən sonra bütün şəhidlərin ruhunun şad olduğunu vurğulayıblar. Sübhan Talıblı konfransda “20 Yanvar faciəsi: Azərbaycan xalqını dövlət müstəqilliyinə aparan yol” mövzusunda məruzə edib.