Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “ÇOXƏSRLİK TARİXİMİZİN ŞANLI ZƏFƏR GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLƏCƏK

01 Noyabr 2022

Noyabrın 2-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” adlı elmi sessiya keçiriləcək. İnstitutun akt zalında təşkil ediləcək elmi sessiya öz işinə saat 14:00-da başlayacaq.

 

Tədbirdən öncə institutun kollektivi İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət edəcək.