Məruzədə bildirilib ki, Yaxın Şərqdə yerləşən bir çox ərəb ölkələri, eləcə də Türkiyə Respublikası da Aralıq dənizi üzərində öz nəzarətini qoruyub saxlamağa davam edir. Bəzən Yaxın Şərqdə baş verən hadisələr səbəbindən bəzi ərəb ölkələri öz mövqeyini dəyişir. Bəzi hallarda isə Ərəb liqası öhdəliyinə götürdüyü məsələləri kifayət qədər həll edə bilmir. Məruzəçi bu kimi şəraitin yarandığı halda bir sıra ölkələrin ikili standartlardan istifadə etməsindən bəhs edib.