Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI TÜRKİYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TÜRKOLOJİ ARAŞDIRMALAR SİMPOZİUMUNDA MƏRUZƏ EDİB

25 Oktyabr 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçi, t.ü.f.d. Namiq Məmmədov oktyabrın 20-22-də Türkiyənin Van 100-cü il Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Türkoloji Araşdırmalar Simpoziumunda iştirak edib. Simpoziuma ZOOM platforması vasitəsilə qatılan şərqşünas alim ingilis dilində "Ədalət və inkişaf partiyasının hakimiyyəti illərində Türkiyədə demokratiya və dövlət idarəetməsi islahatları (2002-2015)" mövzusunda məruzə edib.



Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətinin 2002-2015-ci illəri əhatə edən dövründə demokratiya və dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar, onların mahiyyəti, səbəbləri və buna  tarixi baxış, islahatların həyata keçirilməsi zamanı qarşıya çıxan əsas problemlər, islahatların aparılmasına qarşı etiraz hərəkatı və bunun nəticələri təhlil edilib və  dəyərləndirilib.

Qeyd edək ki, N.Məmmədov simpoziumun təşkilat komitəsinin üzvü və moderatoru olub.