Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşı Beynəlxalq Qara Dəniz Elmi Konfransında çıxış edib

05 Oktyabr 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Türkiyədə keçirilən Beynəlxalq Qara Dəniz Müasir Elmi Araşdırmalar Konfransında iştirak edib.

29 sentyabr-2 oktyabr tarixlərində Rizədə təşkil edilən konfransda şərqşünas alimin “Müasir Misir ədəbiyyatında Şərq-Qərb fərqli yaşam və düşüncə tərzi məsələlərinin işıqlandırılması” mövzusunda məruzəsi dinlənilib.



Məruzədə Şərq-Qərb cəmiyyətlərarası fərqli yaşam tərzi və dünyagörüşlərin yaratdığı uçurumların ərəb ədəbiyyatında işıqlandırılması məsələlərinə toxunulub. Eləcə də, müasir qloballaşan dünyada mədəniyyətlər, dinlərarası dialoqun əhəmiyyəti vurğulanıb.