L.Mikayılzadə Ədəbiyyatşünaslıq və folklor bölməsinə maderatorluq edib, həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə edib. Məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri məsələləri nəzərdən keçirilir, XX əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları təhlil edilir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.