Print this page

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ KONQRESDƏ MƏRUZƏ EDİB

12 İyun 2022

AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin elmi işçisi, f.ü.f.d Ülkər Səmədova 7 -10 iyun tarixlərində keçirilən və Azərbaycan, Türkiyə, İran, İndoneziya, İraq, Malaziya alimlərinin qatıldığı III Qarabağ beynəlxalq ictimai və humanitar elmlərdə müasir araşdırmalar konqresində iştirak edib.

 

AMEA-nın Mərkəzi Elmi kitabxanasının konfrans zalında keçirilən konfransın təşkilatçıları AMEA-nın Folklor İnstitutu, Dilçilik İnstitutu, Mərkəzi Elmi Kitabxanası, eləcə də Türkiyənin İqtisadi Kalkınma Sosial Araşdırmalar İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Naxçıvan Dövlət Universitetdir.

Ülkər Səmədova konqresdə "XVIII -XIX əsrlərdə qərb səyyahlarının əsərlərində Osmanlı tikililəri” mövzusunda məruzə edib.