28 iyun 2022-ci il saat 14.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
İddiaçı: Xanım Fərhad qızı Abdullayeva
Elmi rəhbər: Filologiya elmləri doktoru, professor
Əsgər Adil oğlu Rəsulov
Rəsmi opponentlər: filologiya elmləri doktoru, dosent
Almas Qasım qızı Binnətova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Lamiyə Sabir qızı Rəhimova
filologiya üzrə fəlsəfə doktoru
Gülüstan Qəmbər qızı Həsənova
İxtisas: 5717.01 – “Türk xalqları ədəbiyyatı”
Elm sahəsi: Filologiya
Mövzu: XIX ƏSR TÜRK ƏDƏBİYYATINDA ROMAN JANRININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI
Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda yerinə yetirilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının tam mətni:
Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferatı: Azərbaycan dilində
Filologiya üzrə fəlsəfə doktoru dissertasiyasının avtoreferatı: İngilis dilində