Konqresdə Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü “Füzuli şeirində insan camalının təsviri ilə bağlı hürufi obrazları (şairin ərəbcə şeirləri əsasında)”, İnstitutun Nəşriyyat və elmi informasiya şöbəsinin elmi əməkdaşlarından Aygül Mirzəyeva “Türk və qaqauz dillərində onomastik vahidlərin linqvokulturoloji xüsusiyyətləri”, Faidə Omarova “Qıpçaq qrupu türk dillərində kök söz yuvalarının araşdırılması tarixi”, Türk filologiyası şöbəsinin elmi işçilərindən Xanim Abdullayeva "Ara nəsil ədəbiyyatında üslub məsələləri", Arzu Dadaşova "Tarixi romanın təşəkkülü və Namiq Kamal" və Şərq-Qərb şöbəsinin elmi işçisi Ülkər Səmədova “Qərb təsirindəki bir ədəbiyyatın Azərbaycanda araşdırılması” mövzularında məruzə ediblər.