Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA YAP-a YENİ ÜZVLƏR QƏBUL OLUNDU

30 Yanvar 2017

Yanvarın 30-da Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə bölməsinin iclası keçirilib. İclasda Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, təşkilatın idarə heyətinin üzvü Soltan Əliyev və Şərqşünaslıq İnstitutu üzrə bölmənin üvləri iştirak edirdilər.



İclasa sədrlik edən YAP Yasamal rayon təşkilatının AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə bölməsinin sədri f.ü.f.d. Lalə Bayramova tədbir iştirakçılarını salamlayaraq onlara iclasın gündəliyini élan etdi. Gündəlikdə YAP Yasamal rayon təşkilatının AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə bölməsinə 7 yeni üzvün qəbul edilməsi, instituta yeni işə qəbul olunmuş 1 nəfərin isə partiyanın əvvəlki iş yerindəki bölməsindən Şərqşünaslıq İnstitutu üzrə bölməsinə keçidi məsələsi idi.

Partiyanın Şərqşünaslıq İnstitutu üzrə bölməsinin sədr müavini , f.ü.f.d. Xanımzər Kərimova yeni namizədləri təqdim etdi.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov yeni üzvləri təbrik edərək, onlara uğurlar arzuladı. T.Əhmədov gənc YAP-çılara pariyanın tarixindən, bu partiyanın yaranmasında və inkişafında, ümumiyyətlə Azərbaycan dövlətçılıyinin bərqərar olunması və yüksəlişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rolundan danışdı.

İclasa yekun vuran Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova təşəkkürünü bildirdi və partiyanın yeni üzvlərinə uğurlar arzuladı.

Download Template Joomla 3.0 free theme.