Print this page

Mutəz Muhyiddin: "Şuşa şəhərinin azad edilməsi, Azərbaycanın milli və mədəni simvolu"

08 May 2022
Azərbaycan həqiqətlərinin ərəbdilli media və ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olmuş, dostumuz, iraqlı alim, Bağdad Siyasi Araşdırmalar Mərkəzinin müdiri, Azərbaycan-İraq dostluq cəmiyyətinin sədri, siyasi elmər doktoru, professor Mutəz Muhyiddin Əbdülməcidin İraq Ərəb Respublikasında nəşr olunan "əl-Düstur" qəzetində "Şuşa şəhərinin azad edilməsi, Azərbaycanın milli və mədəni simvolu" adlı irihəcmli məqaləsi çap edilmişdir.
Məqalədə Şuşa şəhərinin tarixi, salınması və inşası, görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verildikdən sonra bu şəhərin Azərbaycan milli-mədəni irsinin təşəkkülündə oynadığı əhəmiyyətli rolundan bəhs olunmuşdur. Daha sonra iraqlı alim Şuşa şəhərinin terrorist erməni siyasi-hərbi hakimiyyəti tərəfindən işğal edilməsi, işğal zamanı şəhərin maddi-mədəni irsinə qarşı törədilmiş vandalizm faktları haqqında mühüm məlumatları paylaşmış və müzəffər ordumuzun şəhəri azad etməsi ilə bağlı bu qəbildən olan bir çox mövzulara toxunmuşdur.
İnformasiya müharibəsinin aktual olduğu bir dövrdə daim göstərdiyi dəstək və xidmətlərə görə professor Mutəz Əbdülməcidə öz dərin minnətdarlığımızı bildiririk.
 
Elnur Mustafayev