Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB

07 May 2022

AMEA-nın akad. Z.M.Bünyadov adına  Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə Bakı Slavyan Universitetində keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş  “Azərbaycanşünaslığın aktual problemləri” XIII  Beynəlxalq elmi-praktik konfransda iştirak edib.

 

Lalə Mikayılzadə konfransda “Azərbaycan–İran  mədəni əlaqələrinin inkişafınin müasir tendensiyaları” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan – İran mədəni əlaqələrinin tarixi və müasir vəziyyəti haqqında təhlil aparılıb,  qonşu və dost ölkələrin xalqları arasında əməkdaşlığın bütün  dövrlərdə obyektiv zərurət olduğu qeyd edilib.