Konfransda institutun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova “Qədim ərəb abidələrinin tərcüməsinin leksik keyfiyyət təminatı", Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova “Tənuxinin əsərlərində dil üslubu”, İnstitutun dissertantları - Vüsalə Hüseynova "Tomas Haydenin ingilis şərqşünaslığında rolu" və Könül Şimiyeva "Ərəb dilçiliyinin yaranması" mövzusunda məruzələ ediblər.