AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin "Şərqşünaslıq" adlı elmi jurnalında "Türk-İslam əlyazma sənətlərində fəlsəfi-dini, etik və estetik dəyərlər" adlı məqaləsi dərc olunub.
Qeyd etmək lazımdır ki, üç dildə işıq üzü görən bu jurnal Özbəkistan Respublikası Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyaları üçün tövsiyyə olunan jurnallar içərisində yer alır.