Print this page

Səməd Bayramzadə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib

27 Aprel 2022

Aprelin 27-də AMEA-nın Əsas binasında keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında 27 mart - “Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Fəxri fərmanla təltif edilənlər arasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə də var.

 

Səməd Bayramzadə AMEA-nın Rəyasət heyətinin 01 aprel 2022-ci il tarixli qərarı ilə elmi və elmi təşkilati fəaliyyətində fərqləndiyinə görə 27 mart - "Elm günü" münasibətilə AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.

Fəxri fərmanı Səməd Bayramzadəyə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva təqdim edib.