Print this page

“AZƏRBAYCAN ŞƏRQŞÜNASLIĞI” JURNALININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

28 Dekabr 2016

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ilk öncə Şərqşünaslıq İnstitutunun müstəqillik illərindəki fəaliyyətini əks etdirən məqalə və respublikamızın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə keçirilən elmi konfrans barədə yazı təqdim olunur.

 

Jurnalda sonra 110 illiyi qeyd edilən görkəmli şərqşünas akademik Əbdülkərim Əlizadəyə həsr olunmuş məqalələr yer alır. Sonra oxuculara şərq ədəbiyyatına, dillərinə, ictimai fikrinə dair məqalələr təqdim olunur. Bu sırada “Şəhriyarın farsdilli poeziyada yeri”, “Haldun Tanerin hekayə yaradıcılığı”, “Qarabağ faciələri Cənubi Azərbaycan ədəbiyyatında”, “Çin dılçılıyi tarixindən” və s. məqalələri qeyd etmək olar.

Bu sayda həmçinin müasir Şərqdə cərəyan edən proseslərə həsr olunmuş yazılar, Şərq ədəbiyyatından tərcümə və s. materiallar verilir. Jurnaldan həmçinin Şərqşünaslıq İnstitutunda nəşr olunan yeni kitablar və keçirilən tədbirlər barədə məlumat almaq olar.