Məqalədə əsasən 1728-ci ildə Osmanlı hakimiyyəti tərəfindən tərtib olunmuş müfəssəl dəftərin və eyni zamanda digər mənbələrin məlumatlarına söykənərək Marağanın şəhər həyatı, əhalinin məşğulluq sahəsi, şəhərin məhəllələri, şəhər bazarı və s. haqqında ətraflı danışılır.
Marağa livasının müfəssəl dəftəri, həmçinin Marağanın şəhər həyatı, əhalinin məşğul olduğu ayrı-ayrı kənd təsərrüfatı sahələri, ticarət, sənətkarlıq, gömrük xidməti və onlardan xəzinəyə toplanan vergilər barədə, eləcə də bölgə sakinlərinin dini-etnik tərkibi, ərazinin coğrafiyası və toponimləri haqqında kifayət qədər qiymətli məlumatlarla zəngindir ki, bütün bunlar da Azərbaycanın orta əsrlər tarixinin qaranlıq səhifələrinin açılmasında, onun tarixi coğrafiyasının bərpasında böyük rol oynaya bilər.