Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 1958-ci ildə yaradılan Şərqşünaslıq İnstitutu ötən 64 ildə elmimizə böyük töhfələr verib. Dünya şöhrətli şərqşünaslar elmimizi beynəlxalq məkanda layiqincə təmsil ediblər. Ötən illər ərzində Şərqşünaslıq İnstitutunda yüzlərlə dəyərli kitab nəşr edilərək elmi ictimaiyyətin ixtiyarına verilib. G.Baxşəliyeva qeyd edib ki, hazırkı sərgidə institutda son illərdə nəşr edilən kitablar nümayiş etdirilir.
Daha sonra tədbir iştirakçıları sərgidə nümayiş edilən kitablarla tanış olublar. Sərgilənən kitablar iştirakçılara hədiyyə edilib.