Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI KOLUMBİYADA BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

13 Aprel 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Kolumbiyada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər Konfransında iştirak edib.



Konfransda müasir dünyada müsəlman ərəb qadınların üzləşdikləri  problemlərdən bəhs edən X.Ələkbərovanın “Müsəlman ərəb qadınların səsini təmsil edən yazıçı Səlva Bəkr” adlı  məruzəsi maraqla qarşılanıb.

Şərqşünas alim misirli yazıçının əsərləri əsasında bu gün əksər müsəlman qadınların ailədə, cəmiyyətdə üzləşdikləri problemləri, qarşılarına çəkilən süni sədləri, haqlarının tapdalanmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzədə misirli yazıçının bütün yaradıcılığı boyu izlənilən cəmiyyəti islah etmək çağırışları xüsusi vurğulanıb.