Print this page

İRAQIN “SADAQA” QƏZETİNDƏ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN TƏDBİRİ HAQQINDA MƏQALƏ DƏRC OLUNUB

12 Aprel 2022

İraq Ərəb Respublikasında nəşr olunan “Sadaqa” (“Dostluq”) qəzetinin  sonuncu sayında AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk şairi Nazim Hikmətin anadan olmasının 120 illiyi ilə əlaqədar keçirilmiş elmi sessiya ilə bağlı məqalə dərc olunub. 

Aprelin 4-də keçirilmiş elmi sessiya haqqında ətraflı məlumat verilən yazıda məruzəçilərin çıxışlarına da müraciət olunur.