Məqalədə Füzulinin ərəbcə poetik irsinin öyrənilməsinin Azərbaycan-İraq ədəbi əlaqələri kontekstində aktuallığından bəhs olunur və Füzulinin ərəb dilindəki bədii yaradıcılığına nəzər salınır. Qəzetdə məqalə müəllifi barədə də məlumat təqdim edilir.
İraq Ərəb Respublikasında nəşr olunan “Sadaqa” (“Dostluq”) qəzetinin sonuncu sayında AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün "Füzuli Bağdadinin ərəbcə poetik irsinin tədqiqi" adlı məqaləsi dərc olunub.