Print this page

ELNUR MUSTAFAYEVƏ FƏLSƏFƏ DOKTORU DİPLOMU TƏQDİM EDİLİB

07 Aprel 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb və şərqşünas alimə müvafiq diplom təqdim edilib.

 

Elnur Mustafayev fəlsəfə doktoru diplomunu alması ilə bağlı özünün facebook səhifəsində bunları yazıb:

“Uzun və məşəqqətli, eyni zamanda şərəfli, məsuliyyətli, faydalı və səmərəli işin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11.03.2022-ci il tarixli qərarı ilə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldük. Bu yolda mənə dəstək olmuş, başda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akad. Gövhər xanım Baxşəliyeva olmaqla, şöbə müdirim f.ü.f.d., dos. Esmeralda xanım Həsənovaya, elmi rəhbərim Fəlsəfə və Sosiologiya İnstitutunun "Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası" şöbəsinin müdiri, f.e.d., prof. Sakit Hüseynova, Azərbaycan İlahiyyat İnstitutunun rektoru i.ü.f.d., dos. Aqil Şirinova, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru f.ü.f.d., dos., Mirniyaz Mürsəlova, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu "Din və ictimai fikir tarixi" şöbəsinin dəyərli əməkdaşlarına, Azərbaycan İlahiyyat İnstitutu yanında yaradılmış Dissertasiya şurasının sədri f.e.d., dos. Zəkiyyə xanım Babayevaya, Dissertasiya şurasının katibi i.ü.f.d., dos., Məmmədəli Babaşlıya, dissertasiya şurasının digər üzvlərinə, opponentlərimə, rəyçilərimə öz dərin təşəkkürümü bildirirəm. İlk elmi rəhbərim mərhum akad. Vasim Məmmədəliyevi rəhmətlə anıram. Sonda isə operativ və şəffaf fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəhbərliyinə və əziyyəti keçmiş hər bir əməkdaşına öz dərin minnətdarlığımı çatdırıram...