Print this page

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB

06 Aprel 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilmiş A.Baytursunovun 150 illiyinə həsr olunmuş "Müasir dünyada elmi tədqiqatların mövcud problemləri və A. Baytursunovun irsi" mövzusunda Beynəlxalq elmi və metodoloji konfransda ZOOM platforması vasitəsi ilə iştirak edib.

 

N.Məmmədov Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi konfransda "Universitetlərin beynəlxalq reytinqlərdə yerləşdirilməsinin müasir tendensiyaları: Akkreditasiya agentliyinin baxışı" mövzusunda məruzə edib. Məruzədə müasir dövrdə universitetlərin beynəlxalq reytinqlərdə yerləşdirilməsi, bunun metodologiyası və şərtləri, bu sahədə məşhur olan beynəlxalq agentliklər, həmçinin beynəlxalq təcrübə, beynəlxalq agentliklərin reytinqlər üçün müəyyən edilmiş əsas meyarları, bu prosesin əhəmiyyəti və s. haqqında məlumatlar öz əksini tapıb.