Print this page

ŞƏRQŞÜNAS ALİM BEYNƏLXALQ FORUMDA İŞTİRAK EDİB

31 Mart 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Anadolu Universitetinin təşkil etdiyi 21-ci Beynəlxalq Dövlət İdarəçiliyi Forumunda iştirak edib.

 

Şərqşünas alim Google-meet platforması vasitəsilə iştirak etdiyi forumda “Ədalət və inkişaf partiyasına seçki qələbələrini qazandıran bəzi əsas faktorların təhlili (2002-2015)” mövzusunda məruzə edib. Məruzədə Türkiyədə hal-hazırda da hakimiyyətdə olan Ədalət və inkişaf partiyasının seçki qələbələrinin qazanılmasında əsas rol oynayan bir sıra mühüm faktorlardan olan lider, iqtisadi vəziyyət və iqtisadi inkişaf, seçkilərə yüksək səviyyədə hazırlığın həyata keçirilməsi təhlil edilib.