Print this page

GÜLƏR QAFQAZLI MİSİRDƏ AZƏRBAYCANDA QADININ ROLUNDAN MƏRUZƏ EDİB

22 Mart 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlımartın 21-də Misirin paytaxtı Qahirə şəhərində Əl-Hivar mərkəzində keçirilən “Dünya qadını bu gün: Misir və Azərbaycan qadınlarının nailiyyətləri” mövzusunda konfransda iştirak edib.

 

Konfransda "Azərbaycanda qadının rolu" mövzusunda çıxış edən azərbaycanlı şərqşünas alim məruzədə Azərbaycan qadınının fəaliyyətini üç dövrə əsasən şərh edib. O, 1918-ci ildə Azərbaycanda ilk respublika qurulduğu zamandan etibarən qadınlara ilk dəfə olaraq seçki hüququ verilməsi, qadınların ictimai həyata daxil olması barədə bəhs edib. Sonra azərbaycanlı qadınların sovet rejimindəki dövründən danışan məruzəçi sonda Azərbaycanın müasir dövründə qadınların ictimai-siyasi həyatını qeyd edib. Eyni zamanda məruzədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fəaliyyətindən ayrıca söhbət açılıb.

Konfransın sonunda məruzəçilər mükafatlandırılıb.