Yazıda qeyd edilir: “Misir Ərəb Respublikasının İxtisaslaşdırılmış Ərəb Qadınları Birliyinin (USAW) prezidenti xanım Hana Hamdi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlının USAW-ın bugünkü iclasında iştirakını alqışladı. Zalda dr. Qafqazlı hərarətli alqışlarla qarşılandı və xanım Hamdi ittifaqın dost və sevimli Azərbaycan dövləti ilə səmərəli əməkdaşlığa həvəsli olduğunu vurğuladı”.