Print this page

GÜLƏR QAFQAZLI MİSİRDƏ İXTİSASLAŞDIRILMIŞ ƏRƏB QADINLARI BİRLİYİNİN KONFRANSINDA

21 Mart 2022

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Misir Ərəb Respublikasında səfəri çərçivəsində martın 19-da İxtisaslaşdırılmış Ərəb Qadınları Birliyində (USAW) keçirilən konfransda iştirak edib.

Birliyin sədri xanım Hana Hamdi məruzəçiləri salamlayıb və iştirakçıların qadınların iqtisadi məsələləri barədə çıxışları dinlənilib. G.Qafqazlı "Azərbaycanın hazırki  iqtisadi şəraitində qadınların vəziyyəti" mövzusunda çıxış edib.